Geri

İntihara cəhdin qarşısı alınıb (video)

30 mart 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binada intihara cəhdlə bağlı məlumat daxil olub. Dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş doqquzmərtəbəli binanın 5-ci mərtəbəsindəki yaşadığı mənzilin eyvanına çıxaraq intihar niyyətini nümayiş etdirir.

Xilasedicilər əməliyyat şəraitini qiymətləndirməklə hadisə ilə bağlı zəruri və operativ məlumatlar toplayaraq, intihara cəhd edən vətəndaşla psixoloji söhbət taktikasını müəyyən edib onunla müvafiq söhbətlər aparıblar. Bu zaman, paralel olaraq, təhlükəsizlik məqsədilə eyvanın altında – binanın həyətində təhlükəsizlik yastığı da quraşdırılıb.

Aparılan psixoloji söhbətin nəticəsi olaraq vətəndaş intihar niyyətindən daşınıb və onun bağlı saxladığı mənzilin qapısının xilasedicilər tərəfindən xüsusi vasitələrlə açılması təmin edilərək vətəndaş xilas olunub.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Quzanlı qəsəbəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Gəncədə maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Gəncə” MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının sakinlərinin iştirakı ilə yanğına qarşı maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Lənkəran rayonunun Balıqçılar qəsəbəsində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirilmə tədbiri keçirib. ...

Ardını oxu