Geri

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının plenium iclası keçirilib

3 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat-pleniumu keçirilib.

İclasda FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Nazirliyin Aparat, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrləri iştirak edib.

FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun 2020-ci ildə görülmüş işlər haqqında geniş hesabat məruzəsi dinlənilib.    

Natiq ötən il ərzində COVID-19 infeksiyası il əlaqədar görülmüş işlər, o cümlədən pandemiyanın ilkin mərhələsində Nazirliyin Həmkarlar İttifaqı komitə sədrləri ilə infeksiyadan qorunma yollarının müzakirə edilərək bu istiqamətdə əməli addımların atıldığını, o cümlədən bu sahədə aparılan maarifləndirmə işlərinə töhfə verildiyini qeyd edib, Koronavirusla Mübarizəyə Dəstək Fonduna, Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna, “YAŞAT” Fondunun büdcəsinə iaənələrin edildiyini, Aprel döyüşləri zamanı şəhid olmuş kiçik gizir Orxan Həmidovun iki övladının himayəyə götürüldüyünü, düşmən tərəfindən Bərdə şəhərində mülki əhalinin atəşə tutulması zamanı öz xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş Nazirliyin hərbi qulluqçusu Şəfiyev Rəşad Vaqif oğlununun aləsinə maddi yardım göstərildiyini diqqətə çatdırıb. M.İsmayılov FHN işçilərinin Həmkarlar İttifaqının xətti ilə keçirilmiş digər tədbirlər barədə də danışaraq vurğulayıb ki, xidmətdə fərqlənmiş, habelə yubiley yaşlarını qeyd edən əməkdaşlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub, səhhətində problem olan bir qrup əməkdaşın müvafiq sanatoriyalara göndərişləri təmin edilib.

Daha sonra həmkarlar ittifaqı sahəsində göstərdiyi səmərəli əmək fəaliyyətinə görə Fövqəladə Hallar Nazirliyinin 4 əməkdaşına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təsis edilmiş  “Azərbaycan Həmkarlar İttifaqları – 115 il”  yubiley döş nişanları təqdim edilib.

İclasın sonunda ittifaqın digər illik cari məsələləri müzakirə olunub.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN-in nümayəndəsi Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 54-cü sessiyasında iştirak edib

26-27 oktyabr 2021-ci il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 54-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli iştirak edib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu