Geri

FHN əməkdaşlarının yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiyasına başlanılıb

Ölkəmizdə yeni növ koronavirusla (COVID-19) mübarizə istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks uğurlu tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində, Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin koronavirus əleyhinə vaksinasiya prosesinə başlanılıb. Fevral ayının 25-dən başlanmış vaksinasiyada əməkdaşlar könüllülük prinsipi əsasında iştirak edirlər.

Nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzində həyata keçirilən vaksinasiya prosesi zamanı əməkdaşlar müvafiq qaydada əvvəlcə həkim müayinəsindən keçirilir, vaksin vurulduqdan sonra isə 30 dəqiqə ərzində həkim nəzarəti altında saxlanılırlar. Bu vaxtadək əməkdaşlar arasında vaksinin hər hansı yan təsiri aşkar edilməyib.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tibb müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı vəziyyəti qiymətləndirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində fəaliyyət göstərən bir sıra tibb müəssisələrində nəzarət tədbirləri həyata keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu