Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında mövcud olan qarşılıqlı xoşməramlı münasibətlər çərçivəsində işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatlarında iştirak etmək üçün Rusiya FHN-in növbəti pirotexniklər qrupu martın 24-də ölkəmizə gəlib.
Belə ki, 25 nəfər təcrübəli mütəxəssisdən ibarət olan bu qrup artıq 3 aylıq fəaliyyətini başa vuraraq Rusiyaya geri dönən digər qrupu əvəz edəcək. Gəncə Beynəlxalq Hava Limanında rusiyalı pirotexnikləri Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev qarşılayıb.
Qeyd edək ki, Rusiya FHN-in pirotexniklər qrupu işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını Azərbaycan FHN-in bu sahədə ixtisaslaşmış qüvvələri ilə birlikdə icra edir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxuAzərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikası ərazisində baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkədən olan həmkarlarına – Türkiyənin daxili işlər naziri Süleyman Soyluya və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezerə başsağlığı məktubları göndərib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Quba avtomobil yolunun 130-cu km-liyində - Siyəzən rayonu ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. ...
Ardını oxu