Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti təhlükəsizlik tədbirlərini davam etdirir (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində fəaliyyət göstərən bir sıra obyektlərin ərazisinin uzun müddət qamış, quru ot və yanar tullantılardan təmizlənməməsi nəticəsində yanğın təhlükəsinin yaranması ilə bağlı daxil olmuş məlumatla əlaqədar qeyd edilən əraziyə baxış keçirilib. Həmin ərazidə yerləşən bir sıra obyektlərin, o cümlədən neft boru kəmərləri keçən sahənin uzun müddət qamış, quru ot və yanar tullantılardan təmizlənmədiyi təsdiqini tapıb.
Qeyd olunanlar nəzərə alınaraq, aidiyyəti təşkilat rəhbərləri qarşısında məsələ qaldırılaraq xüsusi texnika və canlı qüvvə cəlb edilməklə ərazinin təmizlənməsi işlərinə başlanılıb. Bu günədək Xətai rayonu, Əhmədli qəsəbəsi 622/9-cu keçid ünvanında və Xətai rayonu, Əhmədli qəsəbəsi yolu K.Kərimov küçəsində ümumilikdə 3 hektardan artıq sahə obyekt rəhbərləri tərəfindən işçi qüvvəsi və texnika cəlb edilməklə məişət tullantıları, kol-kos və qamışlıqdan təmizlənib. Yaxın günlərdə işlər tam şəkildə başa çatdırılacaq.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə avtomobil qəzası nəticəsində 1 nəfərin Turquçayın Kəlbəcər rayonu, Comərd kəndi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qobustan rayonu, Bakı-Şamaxı yolunun 88 km-də yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yaşayış massivində yerləşən hal-hazırda fəaliyyət göstərməyən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub....

Ardını oxu