Geri

Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Hazırda bütün dünyada davam edən pandemiya fonunda ölkəmizdə də COVID-19 virusunun yayılması insanların həyat və sağlamlığı naminə Novruz bayramının bu il ənənəvi şəkildə qeyd olunmasını arzuolunmaz edir.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, qarşıdan gələn qeyri-iş günlərini yalnız ailə üzvləri ilə keçirməyə, kütləvi məclislərdən və bir yerə toplanmaqdan çəkinməyə, şəxsi gigiyena qaydalarına riayət etməyə və qoruyucu maskadan istifadə etməyə çağırır.

Həmçinin, mümkün arzuolunmaz hadisələrin qarşısını almaq üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyin vacibliyini bir daha xatırladırıq.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Digər məlumatlar

FHN-in Akademiyasında beynəlxalq seminar keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl enerji zonasının qorunmasında mövcud problemlər” mövzusunda beynəlxalq seminar keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu