Geri

FHN-in təşkilatçılığı ilə 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş videokonfrans formatında tədbir keçirilib (video, foto)

Martın 1-də Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

Videokonfransda Fövqəladə Hallar Nazirliyinin, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti təşkilatların, o cümlədən beynəlxalq təşkilatların məsul vəzifəli şəxsləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov bildirib ki, əhalinin və ərazilərin təhlükəsizliyinin etibarlı təminatı üçün Nazirliyin qəza-xilasetmə qurumlarının peşəkarlıq səviyyəsi durmadan artırılır, onların zəruri xilasetmə texnika və avadanlıqları ilə təchizatı məsələsinə xüsusi diqqət yetirilir, irimiqyaslı fövqəladə hallar zamanı mərkəzi və yerli icra hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarla qarşılıqlı fəaliyyətdə mülki müdafiə məsələlərinin həlli istiqamətində mühüm addımlar atılır.

Qeyd edilib ki, fövqəladə halların effektli idarə olunmasının təşkili, fövqəladə hallara dair məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı yardımların təmin edilməsi məqsədilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən hər il respublikanın bütün ərazisində 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar genişmiqyaslı tədbirlər həyata keçirilir, bu tədbirlər zamanı əhaliyə mülki müdafiənin yaranma tarixi, məqsəd və vəzifələri, dövlətin mülki müdafiə sahəsində apardığı işlər, insanlara mülki müdafiə bilikləri, eləcə də fövqəladə hallar zamanı davranış qaydaları təbliğ olunur.

Sonra Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Səhiyyə Nazirliyinin nümayəndəsi, Azərbaycan Respublikasının Baş infeksionisti Təyyar Eyvazov, İqtisadiyyat Nazirliyinin Səfərbərlik hazırlığı sektorunun müdiri Anar Orucov, Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı və sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşı Mirhəsən Həsənov, BMT-nin Qacqınlar üzrə Ali Komissarlığının Azərbaycan Nümayəndəliyinin Hüquq şöbəsinin müdir müavini Samirə Allahverdiyeva mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Videokonfransda FHN İctimaiyyətlə əlaqə idarəsinin hazırladığı və Mülki müdafiə sahəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən videoçarx da nümayiş olunub.















Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tibb müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı vəziyyəti qiymətləndirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində fəaliyyət göstərən bir sıra tibb müəssisələrində nəzarət tədbirləri həyata keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu