Geri

FHN Mətbuat xidmətinin məlumatı (video)

4 fevral 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində istismarı dayandırılmış neft quyusunda yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Köpük əmələgətirən maddədən istifadə edilməklə görülmüş operativ tədbirlər sayəsində yanğın qısa zamanda söndürülərək ciddi fəsadların qarşısı alınıb.

Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülür.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu