Geri

FHN-in Tərtər rayon Dövlət Yanğından Mühafizə hissəsinin şəxsi heyətinə fəxri fərmanlar təqdim olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) İşçilərinin Həmkarlar İttifaqı cəbhəboyu zonada xidmət edən FHN əməkdaşları ilə daha bir görüş keçirib. Budəfəki görüş FHN Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Tərtər rayon Dövlət Yanğından Mühafizə hissəsində təşkil olunub.

Yanğından Mühafizə hissəsinin şəxsi heyəti qarşısında çıxış edən FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun gücü sayəsində qazanılan tarixi Zəfərdən söhbət açıb. Bildirib ki, işğal altında olan ərazilərinin azad edilməsi hər zaman Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olub. Ötən dövr ərzində Azərbaycan münaqişənin sülh yolu ilə həllinə üstünlük verib. Eyni zamanda, ölkənin iqtisadi inkişafı və ordu quruculuğu da xüsusi diqqətdə saxlanılıb. Ordumuz ən müasir hərbi texnika və silahlarla təchiz edilib. Həmçinin, gənc nəslin vətənpərvər ruhda yetişməsinə də böyük əhəmiyyət verilib. Ötən il sentyabrın 27-də düşmən təxribatının qarşısının alınması məqsədilə başlanan əks-hücum əməliyyatı qısa zamanda ordumuzun qələbəsi ilə başa çatdı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti, düşünülmüş siyasəti və ordumuzun qəhrəmanlıq əzmi sayəsində azad edildi.

Diqqətə çatdırılıb ki, FHN-in digər strukturları kimi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları da müharibə dövründə əzmkarlıq nümayiş etdirib, düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində rəşadət göstəriblər.

M.İsmayılov bildirib ki, Tərtər rayonu Vətən müharibəsi dövründə daha çox artilleriya atəşlərinə məruz qalıb. DYMX Tərtər rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları düşmənin atəşləri nəticəsində baş verən yanğınların söndürülməsi, dağıntıların aradan qaldırılması və insanların xilas olunması ilə bağlı üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəliblər. Görüş çərçivəsində Tərtər rayon Dövlət Yanğından Mühafizə hissəsinin şəxsi heyəti FHN İşçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıb.













Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu