Dünən axşam saatlarından etibarən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, hava şəraiti ilə əlaqədar olaraq köməksiz vəziyyətdə qalma halı ilə bağlı nazirliyin 112 qaynar telefon xəttinə vətəndaşlar tərəfindən müxtəlif zənglər daxil olub və FHN-in xilasetmə qüvvələri tərəfindən müvafiq xilasetmə əməliyyatları həyata keçirilib.
Bir daha vətəndaşlarımızı piyada və sükan arxasında olarkən ehtiyatlı olmağa, hava şəraiti ilə əlaqədar olaraq təhlükəsiz davranış qaydalarına əməl etməyə çağırırıq.
Yolların buz bağlaması
Yolların buz bağlaması – torpağın üstündə, yollarda, səkilərdə ərimiş qarın, yağmış yağış sularının, şehin donması ilə əmələ gələn buz qatıdır. Yolların buz bağlaması, adətən, şaxtalı havada müşahidə edilir. Donmuş buz qatının qalınlığı bir neçə santimetrə çata bilər.
Yolların buz bağlaması zamanı necə hərəkət etməli:
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğınsöndürən, habelə digər qəza-xilasetmə texnikalarının hərəkətinə süni maneələr törədən faktların aşkar edilib aradan qaldırılması üçün reydlər keçirib. ...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxu