Geri

FHN Mətbuat xidmətinin məlumatı (video)

13 fevral 2021-ci il tarixində gecə saatlarında Bakı şəhərinin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, 26 ünvanında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin səyi nəticəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 100 m² olan bir dam altında (ev və ət satışı mağazası) tikilən birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 23 m² sahədə, dam örtüyü 63 m² sahədə yanıb. Evin, ət satışı mağazasının qalan hissəsi, bitişik tikililər və yaxınlıqda yerləşən mobil rabitə operatorunun ötürücü qülləsi yanğından mühafizə olunub.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu