Geri

İşğaldan azad olunmuş torpaqlarımıza icazəsiz səfərlərin təhlükəsi barədə FHN tərəfindən əhalinin maarifləndirilməsi işlərinə başlanılıb (video, foto)

Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərimizə xüsusi icazə olmadan səfər edən mülki şəxslər arasında minaya düşərək həlak olan və ya yaralananlar vardır. Bu cür faciəvi halların baş verməsinin qarşısını almaq və əhalini işğaldan azad olunmuş ərazilərə qanunsuz səfərlərdən çəkindirmək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərə yaxın yaşayış məntəqələrində maarifləndirmə tədbirlərinə başlanılıb.

Füzuli, Tərtər, Ağdam, Ağcabədi, Xocavənd və Cəbrayıl rayonlarının yaşayış məntəqələrində həyata keçirilən maarifləndirmə tədbirləri zamanı əhaliyə işğaldan azad olunmuş ərazilərdə hazırda minatəmizləmə əməliyyatlarının aparıldığı, bu ərazilərə indiki halda səfərlərin həyati təhlükə daşıdığı, eyni zamanda bu cür qanunsuz səfərlərin hüquqi məsuliyyət yaratdığı izah olunur.

Maarifləndirmə tədbirlərinin davam etdirilməsi nəzərədə tutulur.

Fövqəladə Hallar Nazirliyi bir daha insanları işğaldan azad olunmuş ərazilərə xüsusi icazə olmadan səfər etməkdən çəkinməyə çağırır, bunun həyat və sağlamlıq üçün təhlükəli olduğunu xatırladır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu