Geri

FHN-də Gənclər Günü münasibətilə Vətən müharibəsi zamanı xidmətdə fərqlənmiş əməkdaşlarla görüş keçirilib

1 fevral 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Nazirliyin Xətai rayonunda yerləşən inzibati binasında “2 fevral – Azərbaycan Gənclər Günü” münasibətilə Vətən müharibəsi zamanı xidmətdə fərqlənmiş əməkdaşlarla görüş keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tədbiri açıq elan edib. O, 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük siyasi iradəsi və Azərbaycan ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində qazanılmış Zəfər münasibətilə görüş iştirakçılarını təbrik edib. Toplantıda Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik şükutla yad edilib.

Tədbirdə çıxış edən sədr Mehman İsmayılov Azərbaycan tarixinə qısa ekskurs edərək erməni terrorçularının xalqımıza qarşı həyata keçirdikləri soyqırımı aktlarından, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından, törətdikləri vəhşiliklərdən söz açıb. O, qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin möhkəm qətiyyəti, sarsılmaz iradəsi və Azərbaycan ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində ötən ilin sentyabrın 27-də başlalan əks-hücum həmləsi ilə 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində  işğal altında olan torpaqlarımız azad olunub. Bu şanlı qələbə ilə Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzlik mifi" darmadağın edildi, milli ordumuzun gücü və potensialı bütün dünyaya göstərildi və torpaqlarımız işğaldan azad edildi.

Mehman İsmayılov Vətən Müharibəsi dövründə düşmən tərəfindən mülki obyektlərə raket-artileriya zərbələri endirilməsi nəticəsində ortaya çıxan yanğın və dağıntıların aradan qaldırılmasında, həmçinin qarşıya qoyulmuş müvafiq tapşırıqların icrasında FHN əməkdaşlarının xüsusi fədəkarlıqlarından da söz açıb, Vətən Müharibəsi dövründə könüllü olaraq və ya səfərbərlik vasitəsilə döyüşlərdə iştirakından danışıb. Həmkarlar İttifaqının sədri hazırda FHN əməkdaşlarının işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərində yaxında iştirak etdiklərini də xatırladıb.

Sonra Nazirliyin Vətən müharibəsində könüllü və səfərbərliklə iştirak etmiş, həmçinin xidmətdə fərqlənmiş əməkdaşlarının Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən mükafatlandırma mərasimi keçirilib.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Kürdəmir rayonunda yerləşən “Şamaxı Dairy Farm” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Balakən Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN tərəfindən Azərbaycan Texniki Universitetində elmi konfrans keçirilib

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılğı ilə Azərbaycan Texniki Universitetində (ATU) “COP29 tələbləri: iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” mövzusunda elmi konfrans keçirilib. ...

Ardını oxu