Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidməti növbəti qanun pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Xidmət tərəfindən Masallı rayonunda yerləşən “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinə məxsus Asfalt-beton istehsalı zavodunda planlı yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki,

- obyektin ərazisində mövcud yanacaq çəni və yanacaqdoldurma kolonkası ilə yanğına qarşı ara məsafələrinə riayət olunmadan avtomobillərin təmiri işləri təşkil olunub;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, yanğın təhlükəli vəziyyətdə istismarına yol verilib;.

- tələb olunan sahələrdə yanğın avtomatikası qurğuları quraşdırılmayıb, normaya uyğun olaraq ilkin yanğınsöndürmə alət və avadanlıqları ilə təmin edilməyib;

- ərazidə mövcud tikililərin çardaq hissəsində olan taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;

- təsərrüfat otağında odun sobası quraşdırılaraq, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd şəkildə istismarına yol verilib;

- ərazidə müvafiq yerlərdə yanğına qarşı xəbərdaredici və qadağanedici nişanların quraşdırılması təmin edilməyib;.

- təsərrüfat otağında oksigen balonlarının, anbar otağında propan qaz balonunun saxlanılmasına, anbarda mövcud olan malların isə yanğın təhlükəliliyi göstəricilərinə uyğun olmadan yığılmasına yol verilib;

- müəssisənin ərazisi quru ot, kol-kos və qamışlardan, yanacaq-sürtgü materiallarından və qalıqlarından təmizlənməyib;.

- daşınmaz əmlakın icbari sığorta olunması təmin edilməyib.

Beləliklə, mövcud vəziyyətdə obyektin istismarının davam etdirilməsi orada hər an baş verə biləcək kiçik yanğının qısa müddətdə genişlənərək, acı nəticələrə səbəb ola biləcəyini deməyə əsas verir.

Qeyd olunanları nəzərə alaraq, Masallı rayonunda yerləşən “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinə məxsus Asfalt-beton istehsalı zavodunda yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması faktları aşkar edilmiş sahələrdə işlərin görülməsinin dayandırılması barədə Qərar qəbul edilib. Qərar Asfalt-beton istehsalı zavodunun icraçı direktoru Əmir Yusibova təqdim edilib.

Digər məlumatlar

FHN-in Bakı və Sumqayıt Regional mərkəzləri “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında Bakı və Sumqayıt Regional mərkəzlərinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.  ...

Ardını oxu

“Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda növbəti müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Bakı Regional Mərkəzi Bakı şəhərinin Sabunçu rayonunda “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib. ...

Ardını oxu