Geri

FHN Akademiyasının rəisi beynəlxalq konfransda iştirak edib

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayev Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Akademiyasının təşkilatçılığı ilə onlayn rejimdə keçirilmiş "Texnosferin təhlükəsizliyi, problemləri, perspektivləri" adlı V Beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən general-mayor B.Salayev fövqəladə hallar probleminin ayrı-ayrı aspektlərinin elmi əsasları ilə bağlı fikir mübadiləsinin aparılması üçün bu cür tədbirlərin yaxşı imkanlar yaratdığını qeyd edib. O, dövlət və texnosfer təhlükəsizliyi sahəsində, xüsusilə də mülki müdafiə işinin təşkilində müasir idarəçilik metodlarının elmi əsaslarının hərtərəfli tədqiqinin aparılmasının vacibliyini bildirib. Eyni zamanda, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sistemlərinin inkişafı və problemlərin səmərəli həlli üçün mülki müdafiə qüvvələrinin aidiyyəti icra hakimiyyəti orqanları ilə sıx qarşılıqlı əlaqəsi ilə yanaşı, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Sonra konfransda digər çıxışlar dinlənilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.  ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “Heydər Əliyev İli” çərçivəsində daha bir ağacəkmə aksiyası keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşkilatçılığı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindəki şəhid Ramiz Aboyev adına parkda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu