Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Tərtər rayonunda seminar-müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Tərtər Rayon İcra Hakimiyyətində "Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən daxili xidmət polkovniki Elnur Babayev, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi İlqar Nəsirov, Tərtər Elektrik Şəbəkəsinin Baş mühəndisi Sərvan Məmmədov, Tərtər rayon Mənzil İstismar İdarəsinin rəisi Hafiz Ələkbərov, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbər işçiləri, habelə, rayon inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak ediblər.

Tədbirdə payız-qış mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirlərindən söz açılıb, yanğına qarşı su təchizatı sistemlərinin saz vəziyyətə gətirilməsi, yaşayış binalarının çardaq sahələrinin yanar tullantılardan təmizlənməsi və mövcud taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulmasının vacibliyi qeyd olunub. Seminar-müşavirədə, həmçinin, elektrik və qaz işlədicilərindən istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunması üçün əhalinin maarifləndirilməsinin əhəmiyyətindən danışılıb.

Tədbirin sonunda mövcud problemlər müzakirə olunub, FHN-əməkdaşları tərəfindən suallar cavablandırılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.  ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “Heydər Əliyev İli” çərçivəsində daha bir ağacəkmə aksiyası keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşkilatçılığı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindəki şəhid Ramiz Aboyev adına parkda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu