Geri

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birlikdə “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda seminar-müşavirə keçirib.

Seminar-müşavirə kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısının alınması və su obyektlərində insanların təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin məsul əməkdaşları və Lənkəran, Astara rayonlarının ərazisində fəaliyyət göstərən bir qrup kiçikhəcmli gəmi istifadəçiləri iştirak edib.

Seminar-müşavirəni giriş sözü ilə açan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini daxili xidmət polkovniki Fəxrəddin Məmmədov kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyini qeyd edib, kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı ilə bağlı qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Xidmətin Kiçikhəcmli Gəmilərə və Bazalara Texniki Nəzarət şöbəsinin rəisi daxili xidmət mayoru Elçin Səfiyev gəmilərin təchizat avadanlıqları və təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlərdən danışıb, bu sahədə istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə iştirakçılara məlumat verib.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Quzanlı qəsəbəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Gəncədə maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Gəncə” MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının sakinlərinin iştirakı ilə yanğına qarşı maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Lənkəran rayonunun Balıqçılar qəsəbəsində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirilmə tədbiri keçirib. ...

Ardını oxu