Geri

FHN Xüsusi Riskli Xilasetmə Xidməti taktiki-xüsusi təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti hazırlıq planına uyğun olaraq, taktiki-xüsusi təlim keçirib. Təlimin keçirilməsində əsas məqsəd əməkdaşlar tərəfindən müasir zədələmə vasitələrinin xüsusiyyətlərinin praktiki olaraq mənimsənilməsi, insan tələfatına və ya insanların həyat fəaliyyətinin pozulmasına, maddi sərvətlərin itkisinə səbəb ola bilən müxtəlif fövqəladə hallarla mübarizə vərdişlərinin daha da təkmilləşdirilməsi olub. Eyni zamanda, zədələnmə ocaqlarında fövqəladə halların nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlər zamanı bölmələr arasında koordinasiyanın daha da təkmiləşdirilməsi qarşıya qoyulan əsas hədəflərdən olub.

Taktiki-xüsusi təlimə ümumilikdə Xüsusi Riskli Xilasetmə Xidmətinin 13 ədəd texnikası və 111 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Təlim 3 mərhələdən – “Xüsusi riskli xilasetmə taborunun yüksək hazırlıq dərəcəsinə gətirilməsi”, “Hadisə yerinə yürüşün keçirilməsi və Xüsusi riskli xilasetmə taborunun toplanma rayonunda yerləşdirilməsi” və “Fövqəladə hal rayonunda axtarış və qəza-xilasetmə işlərinin aparılmasının təşkili”ndən ibarət olmaqla uğurla həyata keçirilib.

Təlim bitdikdən sonra onun nəticələri təhlil olunub, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üzrə müvafiq tapşırıqlar verilib.

Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

 

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Quzanlı qəsəbəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Gəncədə maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Gəncə” MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının sakinlərinin iştirakı ilə yanğına qarşı maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Lənkəran rayonunun Balıqçılar qəsəbəsində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirilmə tədbiri keçirib. ...

Ardını oxu