Geri

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər, o cümlədən Kürdəmir rayonunda “Kamaz” və “Mercedes-Benz Atego” markalı iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1988-ci il təvəllüdlü Xalayev Elvin Vaqif oğlu xilas edilib. Həmçinin, yanğın zamanı 1980-ci il təvəllüdlü Qəniyev Rafət Rafiq oğlunun meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

İşğaldan azad olunmuş ərazilərdə müharibənin təhlükəli qalıqları ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olmuş torpaqlarımızı azad etdikdən dərhal sonra mina və partlamamış hərbi sursatlarla yüksək dərəcədə çirklənmiş ərazilərin təmizlənməsi əməliyyatlarına başlanılıb....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səhiyyə müəssisəsində növbəti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Xətai rayonunda yerləşən Bakı Reabilitasiya Mərkəzində yanğına qarşı maarifləndirmə tədbiri keçirib....

Ardını oxu