Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tərtər, Yevlax və Göyçay rayonlarının Polis şöbələrində “Xidməti ərazilərin yanğın təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Tədbirlər zamanı inzibati binalarda təxliyə planlarından düzgün istifadə olunmasının, ehtiyat çıxış qapıları və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın vacibliyi diqqətə çatdırılıb. Həmçinin, yanğınlar zamanı ilkin zəruri davranış qaydaları barədə geniş məlumat verilib.

Sonda suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu