Geri

FHN-in İdman-sağlamlıq klubunun əməkdaşları şəhid Elzar Yusubovun xatirəsinə inşa olunmuş bulaq-abidə kompleksinin açılışında iştirak ediblər

Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində Vətən müharibəsi şəhidi leytenant Yusubov Elzar Süleyman oğlunun adının əbədiləşdirilməsi məqsədilə inşa edilmiş bulaq-abidə kompleksinin açılışı olub.

Mərasimdə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və klubun əməkdaşları, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının, eyni zamanda rayonda fəaliyyət göstərən dövlət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və mətbuat nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən polkovnik Füzuli Musayev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun qazandığı Zəfərin əhəmiyyətindən danışıb, torpaqlarımızın azad olunması uğrunda canından keçmiş şəhidlərimizin misilsiz xidmətlərindən bəhs edib. Klub rəisi şəhid ailələrinə başsağlığı verib, qazilərimizə can sağlığı arzulayıb.

Tədbirdə şəhid Elzar Yusubovun təhsil aldığı Suraxanı rayon Ə.Məmmədov adına 76 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidin anası Günəş Daşdəmirova mərasimdə çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı Elzar Yusubov 8 oktyabr 2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 15 dekabr və 25 dekabr 2020-ci il tarixli sərəncamlarına əsasən, Elzar Yusubov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu