Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöl Regional Təlim Bazasında yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

Tədbirdə ANAMA-nın fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən fəaliyyətlər zamanı yanğın təhlüksizliyinə dair tövsiyələr verilib, fikir mübadiləsi aparılıb. Eyni zamanda, tədbir iştirakçılarına inzibati binalarda yanğın təhlükəsizliyinə dair tələblər, o cümlədən ərazinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb..

 

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu