Geri

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin Liman bölməsində “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda təlim keçirib.

Təlim şərti qəza baş vermiş binada kəşfiyyatın aparılması, alpinist ləvazimatlarından istifadə etməklə yüksəklikdən zərərçəkmişin xilas edilməsi və təxliyənin təşkili vərdişlərinin təkmilləşdirilməsi, eyni zamanda xilasedicilərin nəzəri biliklərinin artırılması və döyüş hazırlığı səviyyələrinin daha da yüksəldilməsi məqsədilə təşkil olunub.

Təlim zamanı xilasedicilər qarşıya qoyulmuş tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəliblər.

Sonda təlimin təhlili aparılıb, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (foto)

  Xəbər verildiyi kimi, Abşeron rayonu, Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu