Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidməti növbəti qanun pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Xidmət tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “MSDIS Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icarəyə götürülərək tikinti-quraşdırma və yenidənqurma işləri aparılan yanacaqdoldurma məntəqəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar, xüsusilə də yanacaqdoldurma məntəqəsinin fasad hissəsində istifadə olunan üzlük materialın yanma qrupunun naməlum olduğu aşkar edilib.

Qeyd edilən nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratması səbəbindən aparılan işlər Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən dayandırılıb.

Obyektin fasad hissəsində istifadə olunmuş üzlük materialın yanma qrupunun təyin edilməsi üçün götürülmüş nümunələr Xidmətin əməkdaşları tərəfindən müvafiq qaydada sənədləşdirilərək, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyasına göndərilib və laboratoriyanın rəyi ilə sözügedən nümunələrin yanan materiallar qrupuna aid olduğu müəyyən edilib. Beləliklə, həmin üzlüklərin yüksək risk qrupuna daxil olan yanacaqdoldurma məntəqəsində istifadəsinin yolverilməz olduğu öz təsdiqini tapıb.

Qeyd olunanlar nəzərə alınaraq, Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə üzlük materialın sahibkar tərəfindən sökülməsi təmin edilib.

 

 

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu