Geri

FHN Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən “İntiharın psixologiyası. İntihara cəhd hadisələri zamanı ilkin psixoloji yardımın göstərilməsi” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, belə halların (hadisələrin) qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Bu çərçivədə, baş verən fövqəladə hadisələr zamanı FHN-in xilasetmə qurumlarının xilasedicilərinin istənilən mürəkkəb şəraitdə vəzifələrini uğurla yerinə yetirməsinə tam hazır olması, xilasedicilərin peşə hazırlığının təkmilləşdirilməsi, tibbi və psixoloji hazırlıq üzrə bilik və bacarıqlarının artırılması, maddi-texniki təchizatlarının gücləndirilməsi və nəticə olaraq, mümkün hadisələrə çevik reaksiya verilməsinin təmin edilməsi məqsədilə Nazirliyin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən müvafiq işlər aparılır. O cümlədən, intihara cəhd kimi hadisələrə əksər hallarda Nazirliyin xilasedici dəstələri cəlb olunduğundan, bu kimi halların qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Belə ki, xilasedici tərəfindən intihara cəhd edən vətəndaşla düzgün ünsiyyət üslubunun seçilməsi, onunla effektiv psixoloji söhbətin aparılaraq intihara cəhd niyyətindən çəkindirilməsi üçün xilasedicilərin zəruri psixoloji bilik və bacarıqlara malik olması mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunanları nəzərə alaraq, Baş idarənin psixoloqlarının iştirakı ilə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətində (XRXX) “İntiharın psixologiyası. İntihara cəhd hadisələri zamanı ilkin psixoloji yardımın göstərilməsi” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan XRXX rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov əməkdaşların peşə hazırlığı istiqamətində tibbi və psixoloji hazırlıq üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb və aktual mövzularda toplantıların mütəmadi keçirilməsinin əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən Baş idarənin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Xanım Sofiyeva Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının baş vermiş fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində, o cümlədən intihara cəhd hadisələri zamanı göstərdikləri uğurlu fəaliyyətdən danışıb və intihara cəhd zamanı zərərçəkmişə doğru şəkildə yanaşmanın vacibliyini diqqətə çatdırıb.

Baş idarənin psixoloqu Sona Məmmədova intiharın mahiyyəti, onun səbəbləri, risk faktorları, növləri, intihara cəhd zamanı ilkin psixoloji yardımın göstərilməsi barədə fotoslayd və videoçarx vasitəsilə ətraflı məlumat verib.

XRXX-nin psixoloqu kapitan Samirə İbadova intihara cəhd hadisələri zamanı göstərilən yardımın mühüm məqamları haqda məlumat verib. Tədbirdə çıxış edən kapitan Fuad İmanov bu hadisələrlə bağlı təcrübələrini bölüşüb, gənc əməkdaşlara dəyərli məsləhətlər verib, gizir Xəyal Sadıqova isə intihara cəhd hadisələrində iştirak edən xilasedicilərin vacib psixoloji keyfiyyətləri haqda danışıb.

Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin vacibliyi qeyd olunub.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Noyabrın 26-dan 27-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Sabirkənd kəndində tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birlikdə “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda seminar-müşavirə keçirib. ...

Ardını oxu