Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə təlim keçirilib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı, Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin iştirakı ilə əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə Mingəçevir şəhərinin mərkəzində yerləşən iri ticarət obyektində “şərti yanğın” həyəcan siqnalı verilməklə təlim keçirilib.

Təlim çərçivəsində əraziyə yanğın avtomobilləri cəlb edilməklə su hovuzlarının və hidrantların vəziyyəti, eləcə də yanğınsöndürmə avtomobillərinin su mənbələrinə yaxınlaşa bilməsi və ümumilikdə yanğınla mübarizə tədbirlərinin həyata keçirilməsi üçün mövcud olan əməliyyat şəraiti qiymətləndirilib.

Təlim zamanı obyektin girişlərində və perimetrində müxtəlif maneələrin, müvəqqəti konstruksiyaların quraşdırılması, nəqliyyat vasitələrinin nizamsız, təyin olunmamış yerlərdə park edilməsinin obyektə yan almaqda, o cümlədən su ehtiyatının bərpası üçün yanğın su hovuzlarından, yanğın hidrantlarından su götürməkdə yanğınsöndürmə avtomobillərinə yaratdığı məhdudiyyətlərin baş verə biləcək yanğın hadisəsi zamanı vaxtında müvafiq tədbirlərin görülməsinə ciddi mane olması yanğın təhlükəsizliyinə cavabdeh şəxslərə izah olunub.

Təlimdən sonra yanğın təhlükəsizliyi qaydalarına riayət edilmədiyi hallarda faciənin qaçılmaz olması barədə təbliğat xarakterli maarifləndirici söhbətlər aparılıb. Ticarət obyektinin cavabdeh şəxslərinə təlim zamanı müşahidə edilən nöqsanlarla bağlı müvafiq məzmunlu məktubların ünvanlanacağı, inzibati xəta haqqında protokolların tərtib ediləcəyi barədə xəbərdarlıq edilib.

Dövlət Yanğın Nəzarəti Xidməti bu istiqamətdə işlərini davam etdirir.

 

Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib....

Ardını oxu

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanun pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu