Geri

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Xətai rayonunda 1943-cü il təvəllüdlü Aminova Zoya Stepanovnanın meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

15 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidməti Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin Liman bölməsində “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda təlim keçirib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Nərimanov rayonunda ticarət obyektlərində baş vermiş yanğın söndürülüb

Məlumat verildiyi kimi, bü gün Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verib və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri dərhal yanğınla mübarizə tədbirlərinə cəlb olunub....

Ardını oxu