Geri

Rusiya FHN-in pirotexnikləri Azərbaycan FHN-in mütəxəssislərinin iştirakı ilə işğaldan azad olunmuş Azərbaycan ərazilərini minalardan təmizləməyə başlayıblar (Video - Foto)

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi məqsədilə 20 nəfərdən ibarət rusiyalı pirotexniklər qrupu yanvarın 4-də ölkəmizə gəlib.

Artıq minatəmizləmə əməliyyatına başlamaq üçün hazırlıq mərhələsi başa çatıb və ərazilərin minalardan, partlamamış hərbi sursat və partlayış təhlükəli əşyalardan təmizlənilməsinə başlanılıb. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin iştirakı ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexniklərinin həyata keçirdiyi axtarış işləri, ilkin olaraq, Ağdam rayonu ərazisində yerləşən Qarqar çayının sol sahilində həyata keçirilir. Əməliyyatin ilk iki günü ərzində 30-dan artıq piyada əleyhinə fuqas tipli mina zərərsizləşdirilib. Əməliyyat FHN-in Qarabağ Regional Mərkəzindən koordinasiya olunur.

Qeyd edək ki, razılaşdırılmış və təsdiq olunmuş tədris və təlim proqramına uyğun olaraq, Rusiya FHN-in mütəxəssislərinin iştirakı ilə Azərbaycan FHN-in 30 nəfər əməkdaşı ilə nəzəri və praktik məşğələlərə başlanılıb.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı - yenilənib

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı – yenilənib (video - foto)

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı – yenilənib (video - foto)

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir. ...

Ardını oxu