Geri

FHN DYMX-nin cəbhəboyu ərazilərdə xidmət edən əməkdaşlarının Vətən müharibəsi zamanı fəaliyyəti yüksək qiymətləndirilib

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılmasında digər qurumlar kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşları da xüsusi xidmətləri ilə seçiliblər. Döyüşlər zamanı cəbhəboyu ərazilərdə və azad edilmiş rayonlarda xidmət aparan qəhrəman yanğınsöndürənlər onlarla yanğının qarşısını alıb, insanların həyatını xilas ediblər. Vətən müharibəsi zamanı böyük qəhrəmanlıq göstərərək öz xidməti vəzifələrini layiqincə yerinə yetirən yanğınsöndürənlərin fəaliyyətini qiymətləndirmək məqsədilə FHN İşçilərinin Həmkarlar İttifaqı Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları ilə görüşlər keçirir.

Belə görüşlərdən biri də Füzuli rayonunda FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun və FHN DYMX Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının iştirakı ilə təşkil olunub.

Görüşdə çıxış edən Mehman İsmayılov 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərin xalq-ordu birliyinin təzahürü olduğunu bildirib. Natiq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində hər kəsin öz üzərinə düşən vəzifəni yerinə yetirmək üçün səfərbər olduğunu və nəticə olaraq düşmən tapdağı altında olan torpaqlarımızın şəhidlərimizin qanı bahasına azad edildiyini vurğulayıb.

Həmçinin, döyüşlər zamanı FHN Dövlət Yanğından Mühafizə hissələrinin gücləndirilmiş iş rejimində xidmət apardığı bildirilib. Cəbhə xəttində yerləşən Füzuli rayonunun kəndlərinin düşmən tərəfindən mütəmadi olaraq ağır artilleriyadan atəşə məruz qaldığı bir vaxtda yanğınsöndürənlərin qorxmadan, çəkinmədən, operativ şəkildə öz xidməti vəzifələrini layiqincə və peşəkarlıqla yerinə yetirmələri xüsusi qeyd olunub. Nəticə olaraq baş verən yanğınları söndürərkən öz həyatlarını təhlükəyə atan yanğınsöndürənlərin bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəldikləri birmənalı şəkildə vurğulanıb.

M.İsmayılov diqqətə çatdırıb ki, Həmkarlar İttifaqı tərəfindən mütəmadi olaraq əməkdaşların problemlərinin həlli, onların iş şəraitinin düzgün qurulması istiqamətində lazımi addımlar atılır. Bu görüşlərin məqsədi isə Vətən müharibəsində xidməti ilə seçilən yanğınsöndürənlərin qəhrəmanlığını qiymətləndirməkdir və bu kimi görüşlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulur, deyə natiq vurğulayıb.

Görüş zamanı Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti FHN İşçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıb.

Digər məlumatlar

FHN-in Akademiyasında 27 sentyabr - Anım Günü qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzində mülki müdafiə mövzusuna dair müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi və Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin xidməti ərazisinə daxil olan şəhər və rayon təhsil şöbələrinin mülki müdafiə məsələlərinə məsul olan metodistlərinin iştirakı ilə müşavirə keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu