Geri

FHN Mətbuat xidmətinin məlumatı - yenilənib (video - foto)

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Xəbər verildiyi kimi, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntı altından 6 nəfər vətəndaş xilas olunub, 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ümumilikdə, əməliyyata Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyət, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək. 

Hadisənin başvermə səbəbləri ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Məlumat verildiyi kimi, Azərbaycanın Şimal və Şimal-qərb regionlarında bəzi meşə və meşəətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir. Hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub. ...

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 19 avqust 2022-ci il tarixdə Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 11.00-dan Qəbələ və Oğuz rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. ...

Ardını oxu