Geri

FHN Mətbuat xidmətinin məlumatı

15 yanvar 2021-ci il tarixində saat 15:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Astara rayonu, Kijəbə qəsəbəsinin yaxınlığında meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsi və daha böyük sahəyə yayılmasının qarşısı alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları da cəlb olunaraq qısa müddətdə söndürülən yanğın nəticəsində, təqribən, 2 hektar sahədə kol-kos və quru ot yanıb.

 

Digər məlumatlar

FHN-in təşkilatçılığı ilə 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş videokonfrans formatında tədbir keçirilib (video, foto)

Martın 1-də Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda videokonfrans formatında tədbir keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2021/2022-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu