Geri

FHN Mətbuat xidmətinin məlumatı

Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycanın mülki əhalisinə qarşı artilleriya hücumlarını davam etdirir. Şanlı ordumuzla döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən düşmən Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan yetirir.

Mənfur əməllərini davam etdirən Ermənistan silahlı qüvvələrinin bu gün atdığı mərmi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən “OBA” marketdə yanğın baş verib. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində marketin bir hissəsi yanğından mühafizə olunub. Ağcabədi rayonu, Qaradolaq kəndində təsərrüfat sahəsi qismən yanıb, yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Ağcabədi rayonunun Arazbar kəndində təsərrüfat obyektinə mərmi düşməsi nəticəsində obyektin bir hissəsi yanıb, qalan hissə yanğından mühafizə olunub.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (foto)

Məlumat verildiyi kimi, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən dönərxanada yanğınla müşayiət olunan partlayış baş verib və yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. ...

Ardını oxu