Geri

FHN Mətbuat xidmətinin məlumatı

Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərdə dağıntı və yanğınlar baş verir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan yetirilir.

Belə ki, sentyabrın 29-da Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər nəticəsində Tərtər rayonu, Şıxarx qəsəbəsi ərazisində yerləşən və "Azərişıq" ASC-yə məxsus transformatorda yanğın başlayıb. Lakin Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində transformatorun qoruyucu açarı və giriş-çıxış kabeli 15p.m yansa da transformatorun özü yanğından mühafizə olunub. Bundan başqa, ötən gecə Ağdam rayonu, Əhmədağalı kəndində düşmən mərmisinin düşməsi nəticəsində vətəndaşa məxsus təsərrüfat obyektində yanğın baş verib, operativ müdaxilə sayəsində obyektin bir hissəsi və bitişik ev yanğından mühafizə olunub. Ağdam rayonu, Baharlı-1 qəsəbəsində yerləşən, vətəndaşa məxsus təsərrüfat obyektində də baş vermiş yanğın söndürülüb, obyektin bir hissəsi yanğından mühafizə olunub.

Həmçinin, ötən axşam və gecə saatlarında Ağdam rayonunun Əhmədağalı, Çəmənli, Sarıcalı kəndlərində fərdi yaşayış evləri və təsərrüfat obyektlərində, Tərtər rayonu, Əskipara kəndində təsərrüfat obyektlərində yanğınlar baş verib. Qeyd olunan ərazilər düşmən tərəfindən intensiv atəşə məruz qaldığından yanğınlara müdaxilə etmək mümkün olmayıb.

Ağdam rayonu, Baharlı-1 qəsəbəsində isə mərmi atılması nəticəsində evdə dağıntı olsa da yanğın baş verməyib.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (foto)

Məlumat verildiyi kimi, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən dönərxanada yanğınla müşayiət olunan partlayış baş verib və yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. ...

Ardını oxu