Düşmənin təxribatı zamanı dinc əhalinin sıx yaşadığı yaşayış məntəqələri də atəşə məruz qalıb. Nəticədə mülki əhaliyə məxsus fərdi yaşayış evləri və digər mülki obyektlər dağıdılıb, dinc əhalinin əmlakına ciddi ziyan yetirilib.
Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarında yerləşən fərdi yaşayış evləri və mülki obyektlərdə baş vermiş yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb edilib.
Görülmüş operativ tədbirlər nəticəsində yanğınlar qısa müddətdə söndürülüb.
Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin edilib....
Ardını oxu15 yanvar 2021-ci il tarixində saat 15:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Astara rayonu, Kijəbə qəsəbəsinin yaxınlığında meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub....
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir. ...
Ardını oxu