Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nizami rayonunun inzibati ərazisində aparılan tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 ünvanında yerləşən binanın arxasında, yolun kənarındakı yaşıllıq zolağında 1 sentyabr 2020-ci il tarixində ölçüləri 3mx3m olan yüngül konstruksiyalı 2 ədəd köşkün naməlum şəxslər tərəfindən quraşdırıldığı aşkar olunub.
Həmin köşklər yaşıllıq zolağında quraşdırıldığından və icazə sənədləri təqdim edilmədiyindən qeyri-qanuni hesab edilib. Odur ki, göstərilən köşklər FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə 2 sentyabr 2020-ci il tarixində ərazidən götürülüb.
Məlumat verildiyi kimi, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən dönərxanada yanğınla müşayiət olunan partlayış baş verib və yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. ...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxuAzərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. ...
Ardını oxu