Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Muğan” ASC, “Aveta” MMC, “Karat-Holdinq” MMC-nin Şəki bölməsi, “Pak-Nur” MMC, “Xırman” MMC, “Saf Ekspress Aqro” MMC, “Azəri-Arapoğlu” US T.LTD BM, “Sarı Sünbül” firması, “Dəvəçi-Dəyirman” MMC və Ağstafa Aqrar Sənaye Kompleksi müəssisələri vasitəsilə 2020-ci ilin iyun ayının 29-dan sentyabr ayının 1-nə kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təklifi nəzərə alınmaqla yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 380 AZN olmaqla (taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcəkdir:
I. Dənin naturası (bir litrlik purkalarda qramla):
II. Alaq otları (zibil) qarışığı (faizlə)
III. Dən qarışığı (faizlə):
IV. Nəmlik (faizlə):
V. Yapışqanlıq:
VI. Şüşəvarilik:
VII. İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad – yol verilmir
VIII. Sürmə ilə sirayətlənmiş dənlər – yol verilmir
IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə - yol verilmir
X. Digər əlamətlər (göstəricilər) – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) – yol verilmir.
Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.
Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (9:00-dan 18:00 -a kimi):
Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:
Təqdim edilən buğda nümunələrində keyfiyyət analizləri ödənişsiz əsaslarla aparılacaqdır.
Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.
8 mart 2021-ci il tarixində səhər saatlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar-20-ci sahə avtomobil yolunun......
Ardını oxuBu gün səhər saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasında güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb....
Ardını oxu7 mart 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin "ВАЗ" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....
Ardını oxu