Geri

FHN Mətbuat xidmətinin məlumatı

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə respublikanın bir sıra yaşayış məntəqələrində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejimi sərtləşdirilmişdir.

Sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində vətəndaşların qaydalara əməl etməsi ilə əlaqədar çimərliklərdən istifadənin qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri Daxili İşlər Nazirliyi ilə birgə fəaliyyətdə Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu sahili boyu həm quruda, həm də qayıqlarla dənizdə, eləcə də Lənkəran, Masallı və Cəlilabad rayonlarında patrul xidməti aparır.

Vətəndaşları bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasında güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

7 mart 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin "ВАЗ" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu