Geri

FHN Mətbuat xidmətinin məlumatı

Məlumat verildiyi kimi, ölkəmizdə mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlara dəstək olmaq məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən 8 aprel 2020-ci il tarixindən etibarən “112” qaynar telefon xətti vasitəsilə nazirliyin peşəkar psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi işi təşkil olunub.

Növbəlilik əsasında 24 saat fasiləsiz xidmət aparan FHN-in xüsusi hazırlıqlı psixoloqları vətəndaşlara lazımi psixoloji yardım göstərirlər. Ötən müddət ərzində psixoloji yardımla bağlı Bakı şəhəri və respublikanın müxtəlif regionlarından qaynar xəttə 1000-dən çox müraciət daxil olub. Müraciətlər, əsasən, COVID-19 infeksiyasına özlərinin və yaxınlarının yoluxma riskindən narahatlıq keçirən, yaşlı ailə üzvlərinə görə gərginlik yaşayan, təklikdən və ünsiyyət azlığından əziyyət çəkən, psixoloqlarla üzbəüz danışmaqdan sıxılan, psixosomatik əlamətlər yaşayan və digər psixoloji problemlərlə üzləşən vətəndaşlar tərəfindən olub. 

Qeyd edək ki, psixoloji yardımın təşkil olunmasında əsas məqsəd vətəndaşları psixoloji problemləri ilə tək qoymamaq, mənəvi dəstək olmaq, karantin rejimi dövründə onlara kömək etməkdən ibarətdir. Bununla bağlı vətəndaşlar Nazirliyin “112” qaynar telefon xəttinə sutkanın istənilən vaxtı zəng vurub müvafiq psixoloji dəstək ala bilərlər.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, ölkə ərazisində son günlər hava şəraiti kəskin pisləşib, bir sıra ərazilərdə güclü külək müşahidə olunub. Güclü küləyin təsirindən bir sıra fəsadlar meydana çıxıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin aidiyyəti qüvvələri tərəfindən zəruri və......

Ardını oxu

FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi qayda pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu