Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar müxtəlif tədbirlər, o cümlədən sosial dəstək tədbirləri həyata keçirir.
Növbəti belə tədbir Bakı şəhərinin Xəzər rayonunda keçirilib. Belə ki, rayon ərazisində yaşayan xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq sosial izolyasiya şəraitində evdən çıxmaları qadağan edilən yaşı 65-dən yuxarı tənha şəxslərə və aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə baş çəkilib, onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb. 750 ailəyə yardım çatdıran FHN əməkdaşları vətəndaşlarla maarifləndirici söhbətlər apararaq, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının vacibliyindən də danışıblar.
Fevralın 26-da FHN-in Akademiyasında Xocalı soyqrımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib... ...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxuXəbər verildiyi kimi, 44 günlük Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq......
Ardını oxu