Geri

FHN Mətbuat xidmətinin məlumatı (Video)

18 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48A ünvanında 17 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa zamanda söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 130 kv.m. olan 3 otaqlı mənzilin 20 kv.m. sahəsi olan mətbəxi yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Digər məlumatlar

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ilk qrup Türkiyəyə yola düşüb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər......

Ardını oxu

FHN Akademiyasında şəhid övladları üçün “açıq qapı günü” keçirilib

30 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılğı ilə FHN-in Akademiyasında Vətən müharibəsi şəhidlərinin övladları üçün “açıq qapı günü” keçirilib....

Ardını oxu