Geri

FHN-in Vətən Müharibəsində iştirak etmiş mülki işçilərindən bir neçəsi göstərdikləri şücaətə görə medallarla təltif ediliblər

Məlum olduğu kimi, əzəli Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinin bu il sentyabrın 27-də törətdiyi genişmiqyaslı hərbi təxribata cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişi ilə rəşadətli Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirdi və qısa müddətdə düşməni sarsıdıcı məğlubiyyətə uğratdı.

44 gün sürən Vətən Müharibəsində Azərbaycan böyük Zəfər qazandı. Qəhrəman Azərbaycan Ordusu tarix yazdı, düşməni diz çökdürərək işğal altındakı torpaqlarımızı azad edib ölkəmizin ərazi bütövlüyünü təmin etdi.

Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları və xüsusi rütbəli əməkdaşları torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar əməliyyatlar çərçivəsində fövqəladə halların, o cümlədən düşmənin mərmi və raket zərbələri nəticəsində yaranan dağıntı və yanğınların qarşısının alınması, nəticələrinin çevik aradan qaldırılması, zərərçəkmişlərin xilas edilməsi, təxliyəsi, döyüş bölgəsində yaşayan insanların gündəlik təminatı, habelə digər istiqamətlərdə xidməti vəzifələrini ləyaqətlə yerinə yetirməsi ilə yanaşı, həm də mülki vəzifələrdə olan işçilərindən də Azərbaycan Ordusunun tərkibində döyüşlərdə bilavasitə iştirak edən, şərəfli döyüş yolu keçənlər olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə həmin əməkdaşlar sırasından Vətən Müharibəsində göstərdikləri şücaətə görə Cəfərov Sadiq Əliağa oğlu “Cəbrayılın azad olunmasına görə” medalı ilə, Sadıqov Nail Novruz oğlu “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə, Ağayev Fəxri Ağarza oğlu “Suqovuşanın azad olunmasına görə” medalı ilə və Vəliyev Yasin Fəyaz oğlu “Ağdamın azad olunmasına görə” medalı ilə  təltif ediliblər.

Onu da qeyd edək ki, mənfur Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrimizi intensiv mərmi və raket atəşlərinə məruz qoyması nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Şəfiyev Rəşad Vaqif oğlu şəhid olub.

Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralıların tezliklə sağalmasını arzu edirik!

Qarabağ Azərbaycandır!

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxı və Zaqatala rayonlarının Heydər Əliyev mərkəzlərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu