Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulmasının qarşısı alınıb (video)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən, öz səlahiyyətlərinə uyğun olaraq, Gəncə şəhəri, Səfəvilər küçəsində yerləşən mebel sexində planlı yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud oluğu müəyyən edilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş mebel sexində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib.
“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 7-ci maddələrinə əsasən fiziki, vəzifəli və hüquqi şəxslərin yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin qanuni göstərişlərini, qərarlarını və tələblərini yerinə yetirməli olduqları obyektin məsul şəxslərinə bir daha izah edilib, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozan, o cümlədən bu qərarı icra etməyən fiziki, vəzifəli və hüquqi şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq müddəaları ilə məsuliyyət daşıdıqları nəzərlərinə çatdırılıb.

Digər məlumatlar

FHN tərəfindən Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi təmin edilib (video)

Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin edilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

15 yanvar 2021-ci il tarixində saat 15:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Astara rayonu, Kijəbə qəsəbəsinin yaxınlığında meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir. ...

Ardını oxu