Geri

FHN-in Modul Tipli Hospitalının həkimləri ABŞ-dan olan həmkarları ilə “COVID-19” xəstələrinin müalicə üsulunu müzakirə ediblər

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının qısa müddətdə istifadəyə verilməsi, burada təşkil olunmuş peşəkar tibbi xidmət “COVID-19” xəstəliyi ilə mübarizədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşların sağlamlığının qorunmasına göstərdikləri xüsusi diqqət və qayğının təzahürüdür.

Bu diqqət və qayğının nəticəsi olaraq Modul Tipli Hospital koronavirusa yoluxanlara yüksək səviyyəli tibbi xidmətin təmin edilməsi məqsədilə xarici tərəfdaşlarla sıx təcrübə mübadiləsi həyata keçirir.

Belə ki, 15 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının həkimləri ilə ABŞ-ın Yuta Ştatının Tibb Universitetinin tanınmış dosenti Dr. Mir-Mustafa Mir-Kasimov arasında videobağlantı formatında seminar – təcrübə mübadiləsi təşkil edilib. Müzakirə edilən mövzular ağır və çox ağır “COVID-19” xəstələri, onların reanimasiya şəraitində menecmenti, ən son müalicə protokolları, habelə intubasiya və ağciyərlərin fəaliyyətinin dəstəklənməsi üçün istifadə edilən süni tənəffüs cihazlarının tətbiqi və “SARS-CoV-2” virusunun törətdiyi fəsadların menecmenti ilə bağlı digər məsələlər olub.

Seminar çərçivəsində amerikalı mütəxəssis azərbaycanlı həmkarları ilə ABŞ təcrübəsini paylaşıb, hazırda tətbiq edlən ən son təlimat və protokollar müzakirə edilib.

Qeyd edək ki, Modul Tipli Hospitalla müxtəlif ölkələrin “COVID-19” ilə mübarizə aparan tanınmış tibb ocaqları arasında bu cür videobağlantıların mütəmadi təşkil edilməsi planlaşdırılır. Belə ki, növbəti həftələrdə ABŞ, Türkiyə və İsrailin reanimatoloqları ilə seminar-müzakirələrin davam etdirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, son bir neçə ay ərzində FHN-in Tibb Mərkəzinin Modul Tipli Hospitalında çalışan həkimlərin, orta və kiçik tibb personalının fəaliyyətinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi məqsədilə çoxsaylı təlim və seminarlar təşkil edilib.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (foto)

  Xəbər verildiyi kimi, Abşeron rayonu, Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri məlumatla əlaqədar cəlb edilib....

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 24 fevral 2024-cü il tarixində Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Masallı, Yardımlı və Lerik rayonları sakinlərinin qəbulunu keçirib....

Ardını oxu