Geri

FHN Mətbuat xidmətinin məlumatı (Video - Foto)

Son günlər respublika ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərin su ilə dolması insanların, habelə avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradıb.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş müraciətlər əsasında Nazirliyin müvafiq qüvvələri su dolmuş ərazilərdən suyun kənarlaşdırılması işlərinə cəlb olunub.

Belə ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən Bakı şəhərinin Nəsimi, Yasamal, Xətai, Binəqədi, Sabunçu, Suraxanı, Nizami və Qaradağ rayonlarında yağış suları dolmuş bəzi ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri, həmçinin ərazini tərk etməkdə çətinlik çəkən şəxslərin təxliyyəsi həyata keçirilib. Bundan başqa, Xaçmaz rayonunda da analoji işlərə FHN Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Hazırda bəzi ərazilərdə işlər davam etdirilir.

/>

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Məlumat verildiyi kimi, 20 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi......

Ardını oxu

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciəti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə havanın temperaturunun daha da yüksələcəyi, bəzi ərazilərdə maksimal temperaturun 42-44°-dək artacağı gözlənilir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu