Geri

Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror aktları törədib

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir.

Belə ki, ötən gün döyüş bölgəsindən kənarda yerləşən Göygöl rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşə tutulması səbəbindən yanğın baş vermiş meşəlik ərazi bu gün səhər saatlarından da yenidən mərmi atəşlərinə məruz qalıb və nəticədə yanğın başlayıb.

Həmçinin Goranboy rayonunun ərazisinin düşmən tərəfindən ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində də meşəlik zonada yanğın baş verib. Yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub, bu istiqamətdə təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Digər məlumatlar

FHN Gəncə Regional Mərkəzi nəzəri-praktik məşğələ keçirib

FHN Gəncə Regional Mərkəzi 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi ilə qarşılıqlı fəaliyyət planına uyğun olaraq “Yanğın hadisəsi zamanı xilasetmə əməliyyatları” mövzusunda nəzəri-praktik məşğələ keçirib. ...

Ardını oxu

FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb (video, foto)

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi (SİTGDMNDA) sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu