Geri

Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər yanğınlara səbəb olub

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Belə ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Tərtər rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğına səbəb olub. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğın söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Tərtər rayonunda vətəndaşa məxsus digər fərdi yaşayış evinə düşən mərminin səbəb olduğu yanğına isə ərazi intensiv atəş altında saxlanıldığından müdaxilə edilməsi mümkün olmayıb.

Ermənistan silahlı qüvvələrinin Daşkəsən rayonuna atdığı mərmi meşə ərazisində kol-kosun alovlanmasına səbəb olub. Yanğınsöndürmə qüvvələri yanğını söndürərək ətraf əraziyə yayılmasının qarşısını alıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Digər məlumatlar

FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər (foto-video)

24 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin kollektivi paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 2-ci Qarabağ müharibəsində şəhid olmuş hərbiçilərimzin ailələrini ziyarət ediblər. ...

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulmasının qarşısı alınıb (video)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən, öz səlahiyyətlərinə uyğun olaraq, Gəncə şəhəri, Səfəvilər küçəsində yerləşən mebel sexində planlı yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud oluğu müəyyən edilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilini davam etdirir. Bu istiqamətdə növbəti addım olaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb....

Ardını oxu