Geri

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini pozaraq Gəncə şəhərini raket atəşinə tutub

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində  Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. Nəticədə, yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.

Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən, ilkin məlumata əsasən, dağıntılar altından xəsarət almış 17 nəfər və 5 nəfərin cəsədi çıxarılıb.

Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Digər məlumatlar

FHN Dövlət Yanğın Nəzarəti Xidməti inzibati tədbirlərini davam etdirir (video)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən, öz səlahiyyətlərinə uyğun olaraq, vətəndaş müraciəti əsasında Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən mənzil-tikinti kooperativinə məxsus yaşayış binasında plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə......

Ardını oxu

FHN-də ABŞ-ın “Samaritan`s Purse” təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib (Video - Foto)

Ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) xristian-yevangelist beynəlxalq humanitar təşkilatlarından olan “Samaritan`s Purse”nin Proqramlar və Hökumətlə Əlaqələr üzrə vitse-prezidenti Ken İsaaksın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 2-də Fövqəladə Hallar Nazirliyində olub. ...

Ardını oxu

FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər (foto-video)

24 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin kollektivi paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 2-ci Qarabağ müharibəsində şəhid olmuş hərbiçilərimzin ailələrini ziyarət ediblər. ...

Ardını oxu