Geri

FHN-in Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

17 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbir iştirakçıları, əvvəlcə, faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi , ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Akademiyanın rəisi general-mayor Baba Salayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, müstəqilliyimiz uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi ürəklərdə yaşayır və əbədi olaraq yaşayacaqdır. O, qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, eyni zamanda Azərbaycanın bir çox şəhər və rayonlarına yeridilib, nəticədə, milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq  günahsız mülki şəxslər amansızcasına qətlə yetirilib.

O ağır günlərdə bütün çətinliklərə baxmayaraq, ulu öndər Heydər Əliyev respublikamızın Moskvadakı Daimi nümayəndəliyinə gələrək faciəni törədənləri kəskin ittiham edib, öz xalqı ilə həmrəyliyini nümayiş etdirərək sovet qoşunlarının Azərbaycandan dərhal çıxarılmasını tələb edib.

Akademiyanın rəisi bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin ailələri və əlillərinin sosial problemlərinin dövlət səviyyəsində həllinə mühüm vəzifələrdən biri kimi daim diqqət yetirir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü, ”Qızıl Pəri“ mükafatı laureantı Nizami Abbasov 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin ərsəyə gəlməsində tarixi hadisələrin xronoloji ardıcıllıqdan istifadə edildiyini xatırladaraq, 1990-cı il 20 Yanvar faciəsində sovet qoşun hissələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi cinayət faktının gənc nəslə ötürülməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonda Qanlı Yanvar hadisələrindən bəhs edən “Silahdaşlar” sənədli filmi nümayiş olunub.

Digər məlumatlar

Gəncə və Bərdə şəhərlərində Vətən müharibəsi nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlanılır

Xəbər verildiyi kimi, 44 günlük Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Xəbər verildiyi kimi, dünən axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir....

Ardını oxu