Geri

“Sağlamlıq cəhətdən qüsurlu insanların fəlakət risklərinin azaldılması tədbirlərinə daxil edilməsi” mövzusunda seminar keçirilib

18 sentyabr 2019-cu il tarixində “Park İNN” otelində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi (EUR-OPA), UNİCEF və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəlikləri ilə birlikdə seminar keçirib. “Sağlamlıq cəhətdən qüsurlu insanların fəlakət risklərinin azaldılması tədbirlərinə daxil edilməsi” mövzusunda keçirilən seminarın əsas məqsədi beynəlxalq tərəfdaşları, dövlət qurumlarını, maraqlı tərəfləri, vətəndaş cəmiyyətinin və yerli QHT-lərin nümayəndələrini və fəlakətlər zamanı insan hüquqlarının müdafiəsi,  təşviqi və sağlamlıq cəhətdən qüsurlu insanlara inklüziv yanaşma üzrə öncül təcrübələr sahəsində spesifik təcrübə və biliyə malik ölkələrin ekspertlərini bir araya gətirməkdir.

Tədbiri Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev açaraq iştirakçıların nəzərinə çatdırıb  ki, seminar EUR-OPA Böyük Risklər Sazişinin və bu istiqamətdə həyata keçirilən digər beynəlxalq və milli tədbirlərin nəticələrini təqdim etmək, sağlamlıq cəhətdən qüsurlu insanların ehtiyaclarını və sağlamlıq imkanı məhdud şəxslərin, miqrantların, məcburi köçkünlərin, qaçqınların və uşaqların qarşılaşdığı çətinlikləri müəyyən etmək üçün bir imkan olacaqdır.

Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişinin icraçı katibi Canluka Silvestrini, UNİCEF-in Azərbaycandakı Nümayəndeliyinin rəhbəri Edvard Karvardin, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Qriqoriyev seminarın təşkilinə görə təşəkkürlərini bildirib və tədbirin əhəmiyyətindən danışıblar.

Paralimpiyaçı idmançı Zinyət Vəliyeva tədbirin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, sağlamlıq imkanı məhdud şəxslərin problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən mühüm layihələrin önəmini vurğulayıb.   

Seminarda “Azərbaycanda sağlamlıq cəhətdən qüsurlu insanların təhlükələrdən qorunması sahəsindəki cari vəziyyətin təhlili”, “Sağlamlıq cəhətdən qüsurlu insanlara təhlükələrdən qoruması üzrə beynəlxalq öncül təcrübələr, layihələr və alətlər” mövzusunda məruzələr dinlənilib, həssas qrupların təhlükələrdən qorunması üzrə Azərbaycana ən uyğun ssenariyə dair fikir mübadiləsi aparılıb.

Seminara 19 sentyabr 2019-cu il tarixində yekun vurulacaq.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Xəbər verildiyi kimi, dünən axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalının qısa müddətdə inşa edilərək istismara verilməsi dünyada COVID-19 infeksiyasının sürətlə yayılması fonunda ölkəmizdə bu virusla mübarizədə Azərbaycan dövlətinin atdığı mühüm addımlardan biri olub. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Dünən axşam saatlarından etibarən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.  Belə ki, hava şəraiti ilə əlaqədar olaraq köməksiz vəziyyətdə qalma halı ilə bağlı nazirliyin 112 qaynar telefon xəttinə vətəndaşlar tərəfindən müxtəlif zənglər daxil olub və......

Ardını oxu