Geri

FHN-in təşkil etdiyi Beynəlxalq yarışa və Ümumrespublika birinciliyinə yekun vurulub

29 iyun 2019-cu il tarixində Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı,  Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin  dəstəyi ilə keçirilən “Gənc xilasedici” VII Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyinə yekun vurulub.

Heydər Əliyev Konqres Mərkəzində təşkil olunmuş mükafatlandırma mərasimində Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş olunub. Sonra bədii hissə ilə davam edən tədbirdə qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Belarus, üçüncü yeri isə Gürcüstan komandaları tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Sumqayıt şəhər 43 nömrəli məktəbin komandası, ikinci yerə Şamaxı, üçüncü yerə isə Ucar rayonunun komandaları layiq görülüb. Həmçinin, Bakı şəhəri 2 nömrəli Sağlamlıq imkanları məhdud uşaqlar internat məktəbinin komandasıda təltif olunub.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxı və Zaqatala rayonlarının Heydər Əliyev mərkəzlərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu